Prezident: 2027-ci ildə İƏT sammitinin Azərbaycanda keçirilməsi - böyük məsuliyyətdir
2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinin Azərbaycanda keçirilməsi ölkə üçün böyük məsuliyyətdir.
"Far.Az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Prezidentin sözlərinə görə, Azərbaycan həmişə müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin lehinə ardıcıl olaraq çıxış edib.
"Azərbaycanda keçirilən çoxsaylı tədbirlər, eləcə də irəli sürdüyümüz təşəbbüslər məhz (təşkilat çərçivəsində - red.) həmrəyliyin, qarşılıqlı anlaşmanın və birliyin möhkəmləndirilməsinə yönəlib", - dövlət başçısı bildirib.
İlham Əliyev həmçinin təəssüflə bildirib ki, bu gün müsəlman ölkələri arasında lazımi birlik yoxdur, bunun əvəzinə gərginliyin səviyyəsi artır, qarşılıqlı ittihamlar səslənir və dünyanın müxtəlif yerlərində, təkcə Yaxın Şərqdə və Fars körfəzi regionunda getməyən müharibələr baş verir.
"Bu, dərin məyusluq doğurur, çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik, mənim fikrimcə, təhlükəsizliyin və sabitliyin təmin edilməsinin əsas amillərindən biridir. Həmrəylik və qarşılıqlı anlaşma nə qədər çox olarsa, çətinliklər bir o qədər az olar", - o bildirib.
Bununla yanaşı, Prezident qeyd edib ki, Azərbaycanın rolu həmişə yüksək qiymətləndirilib. Onun sözlərinə görə, müxtəlif dövrlərdə və müxtəlif tərəflərlə qarşılıqlı əlaqələrdə Azərbaycan mühüm, konstruktiv, konkret nəticələrin əldə edilməsinə və gərginliyin azaldılmasına yönəlmiş rol oynayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













