Meksikada gün ərzində iki jurnalist öldürülüb
Far.Az xəbər saytı

Meksikada gün ərzində iki jurnalist öldürülüb


Meksikanın Kolima Ştatının Prokurorluğu, şəhərin mərkəzində özünə məxsus kafedə jurnalist Patrisia Ramiresin qətlini araşdırır.

“Far.Az”un məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

Prokurorluğun məlumatına görə, ilkin istintaqın nəticələrinə görə, mərhum kafedə işləyərkən, şübhəli şəxs ora daxil olub və ona atəş açıb. Polis əməkdaşları hadisə yerinə gəldikdə, qadını ciddi xəsarətlərlə aşkarlayıblar, sonra onun ölümünü təsdiqləyiblər.

Ramiresin əməkdaşlıq etdiyi redaksiyalar, prokurorluğun məlumatında onların həmkarının qətlə yetirilməsindən bəhs olunduğunu təsdiqləyiblər. O, son on il ərzində Kolimada mədəni və kütləvi tədbirləri işıqlandırıb.

İyunda Meksikanın Miçoakan ştatında Kotixa bələdiyyə başçısı Yolanda Sançes Figeroa qətlə yetirilib, həmin gün səsvermədən bir neçə saat əvvəl isə yerli seçkilərdə namizəd İsrael Delqado öldürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyevanın doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər