Qubada "Gənclərin CTF Kuboku 2026" yarışı keçirilib
Far.Az xəbər saytı

Qubada "Gənclərin CTF Kuboku 2026" yarışı keçirilib


Qubada 30 noyabr – Kompüter Təhlükəsizliyi Gününə həsr olunmuş Kiber Düşərgə çərçivəsində "Gənclərin CTF Kuboku 2026" yarışı təşkil olunub.

"Far.Az"un Şimal bürosunun məlumatına görə, ölkənin müxtəlif regionlarını təmsil edən gənclərin iştirak etdiyi yarışın əsas məqsədi düşərgə müddətində əldə olunan nəzəri bilik və praktiki bacarıqların sınaqdan keçirilməsi, iştirakçıların kibertəhlükəsizlik sahəsində biliklərinin möhkəmləndirilməsi və praktiki təcrübələrinin artırılması olub.

Yarış çərçivəsində iştirakçılar kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə hazırlanmış tapşırıqları yerinə yetirərək texniki bilik və bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin bağlanış və mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov çıxış ediblər.

Çıxışlarda kibertəhlükəsizlik sahəsində ixtisaslı gənc kadrların yetişdirilməsinin, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin, eləcə də bu istiqamətdə praktiki təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra "Gənclərin CTF Kuboku 2026" yarışının nəticələri açıqlanaraq qalib komandalar mükafatlandırılıb.

Yarışın nəticələrinə əsasən III yerə "ASOİUser Agents" (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) komandası layiq görülüb. Komandanın hər bir üzvünə "MilliSec" tərəfindən texnoloji avadanlıqların alınması üçün 500 AZN dəyərində hədiyyə kuponu təqdim olunub.

II yerə "GrayHat" (Dövlət Gömrük Komitəsinin Akademiyası) komandası layiq görülüb. Komanda üzvləri "B&B Security" tərəfindən planşetlər, "Fortinet" tərəfindən isə müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

I yerə "Cerberus" (Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası) komandası layiq görülüb. Komandanın üzvlərinə "Techpro DC" tərəfindən noutbuklar, "MilliSec" tərəfindən isə kibertəhlükəsizlik təlimləri üzrə tam təqaüd kuponları təqdim olunub. Qalib komanda kubok və medallarla təltif edilib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər