Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirildiyini bəyan edib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Samara vilayətinin Tolyatti şəhərindəki "KuybışevAzot" müəssisəsinin vurulduğunu bildirib.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, zavodun ərazisində çoxsaylı partlayışlar baş verib və irimiqyaslı yanğın başlayıb.
Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, müəssisə Rusiyanın ən böyük kimya sənayesi obyektlərinə aiddir və partlayıcı maddələrlə döyüş sursatları üçün xammal komponentləri, eləcə də raket sənayesində istifadə olunan poliamidlər istehsal edir.
Bundan başqa, Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının hərbi logistikasına zərbələr endirildiyini bildirib. Rusiyanın Bryansk vilayətində cəbhə xəttindəki hərbi texnikaya yanacaq çatdırılmasını təmin edən üç yanacaqdolduran maşın vurulub.
Həmçinin Ukraynanın Donetsk vilayətinin Makeyevka və Luqansk vilayətinin Yekaterinovka ərazilərindəki maddi-texniki təminat anbarlarına zərbələr endirilib. Dəymiş zərərin miqyası dəqiqləşdirilir.
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













