Misirin Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduğu sahələr məlum olub
Misir Azərbaycanla neft-qaz, əczaçılıq, turizm, investisiya və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Əffat Mustafa Rəda Misirin Milli Günü münasibətilə keçirilən qəbul mərasimində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər möhkəm təməl və hər iki dövlət rəhbərliyinin siyasi dəstəyi sayəsində inkişaf etməkdə davam edir.
Diplomat bildirib ki, Azərbaycan və Misir bir çox sahələrdə əməkdaşlığı genişləndirə bilərlər.
"Azərbaycanın neft-qaz sənayesi yüksək səviyyədə inkişaf edib. Misirin də bu sahədə zəngin təcrübəsi var. Bununla belə, hələ də reallaşdırılması gözlənilən geniş əməkdaşlıq potensialı mövcuddur", – deyə səfir bildirib.
Diplomat əlavə edib ki, Misirdə əczaçılıq sənayesi və istehsal sektoru da sürətlə inkişaf edir. O vurğulayıb ki, bu sahələrdə Azərbaycan və Misir arasında təcrübə mübadiləsinin aparılması məqsədəuyğun olardı.
Hüsaməddin Əffat Mustafa Rəda qeyd edib ki, Qahirə ilə Bakı arasında əməkdaşlıq yalnız malların idxal və ixracı ilə məhdudlaşmamalıdır.
"Bizim əsas məqsədimiz təkcə ticarət deyil, həm də qarşılıqlı investisiyaların təşviqi, turizmin inkişafı və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsidir. Əməkdaşlıq edə biləcəyimiz çox sayda istiqamət mövcuddur", – deyə səfir vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













