Erlinq Holann UEFA Millətlər Liqasında öz rekordunu yeniləyib
Norveç millisinin hücumçusu Erlinq Holann UEFA Millətlər Liqasının tarixində vurduğu qolların sayına görə şəxsi rekordunu yeniləyib.
"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, forvard noyabrın 14-də Uelsə qarşı keçirilən ev oyununda (3:1) penaltini dəqiq yerinə yetirərək turnirdəki 21 matçda vurduğu topların sayını 23-ə çatdırıb.
Norveçli futbolçunun ən yaxın izləyiciləri hərəyə 15 qol vuran serbiyalı Aleksandr Mitroviç və artıq yığma karyerasını başa vurmuş portuqaliyalı Kriştianu Ronaldudur.
Bu, 26 yaşlı hücumçunun Norveç yığmasında keçirdiyi 60 oyunda vurduğu 66-cı top olub. O, milli komandanın bütün tarixi ərzində ən yaxşı bombardiridir.
Qeyd edək ki, 5 turdan sonra 6 xal toplayan norveçlilər qrup mərhələsini noyabrın 17-də Danimarkaya qarşı keçirəcəkləri səfər matçı ilə başa vuracaqlar.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bakıda aeroportdan şəhərin mərkəzinə neçəyə getmək olur? - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













