ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - YENİLƏNİB
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığın (CENTCOM) yaydığı açıqlamada bildirilib.
"Mərkəzi Komandanlıq ardıcıl doqquzuncu axşam İrana qarşı zərbələrin endirilməsini başa çatdırıb", - deyə məlumatda vurğulanıb.
Komandanlığın açıqlamasına görə, zərbələr nəticəsində idarəetmə mərkəzləri, sahil müşahidə obyektləri, hava hücumundan müdafiə vasitələri, hərbi dəniz qüvvələrinin obyektləri, raket və dronların yerləşdiyi məntəqələr hədəfə alınıb.
ABŞ hərbi qüvvələri İrandakı hədəflərə qarşı yeni zərbələr endirməyə başlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media platformasında məlumat yayıb.
"Bu gün ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 03:00 - Qeyd) CENTCOM İrana qarşı yeni zərbə dalğasının endirilməsinə başlayıb. Bu, artıq ardıcıl doqquzuncu gecədir", - komandanlığın bəyanatında deyilir.
Vurğulanıb, ABŞ Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumlar üçün istifadə etdiyi İranın hərbi potensialını daha da zəiflətməyi hədəfləyir.
"Press TV" isə məlumat yayıb ki, ABŞ ordusunun hərbi əməliyyatları zamanı Təbriz şəhəri də hava hücumuna məruz qalıb.
Oxşar xəbərlər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib













