SEPAH Bəhreyndə ABŞ-nin "Patriot" HHM sisteminin məhv edildiyini açıqlayıb
Far.Az xəbər saytı

SEPAH Bəhreyndə ABŞ-nin "Patriot" HHM sisteminin məhv edildiyini açıqlayıb


Bəhreyndə ABŞ-nin hava hücumundan müdafiə (HHM) sistemi İran tərəfindən məhv edilib.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Əl-Mühərrəq bölgəsində HHM sistemi və bir radar, həmçinin Əl-Rifa bölgəsində "Patriot" sistemi eyni vaxtda həyata keçirilən raket və dron ilə hədəfə alınaraq məhv edilib.

Hücumun ordunun "gələcək genişmiqyaslı əməliyyatlarının yolunu açmaq" məqsədilə həyata keçirildiyi qeyd olunub.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin İran ərazisindəki hədəflərə yeni zərbələr seriyasına başladığı açıqlanıb.

Oxşar xəbərlər

İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər