Bəxtiyor Saidov Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surətini qəbul edib
Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Azərbaycanın Daşkənddə yeni təyin olunmuş səfiri Rəşad Məmmədovun etimadnaməsinin surətini qəbul edib.
"Far.Az" xəbər verir ki, bu barədə Özbəkistanın xarici siyasət idarəsinin rəhbəri özünün sosial şəbəkələrdəki səhifələrində yazıb.
Görüş zamanı tərəflər siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanılmasına, ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, eləcə də nəqliyyat və logistika sahəsində birgə layihələrin təşviq edilməsinə diqqət yetiriblər.
"Əminik ki, səfirin zəngin diplomatik təcrübəsi Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinə və əməkdaşlığımızın yeni praktiki nəticələrlə zənginləşdirilməsinə töhfə verəcək", - B.Saidov yazıb.
Xatırladaq ki, iyulun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edilib. R.Məmmədov bundan əvvəl Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













