Dünya çempionatı: Elmir Çərkəzov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-3
Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
"Far.Az"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda iranlı Amirreza Saeid Tahmasbpourmarzouniyə məğlub olub - 4:5.
Təmsilçimiz sabah üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
Elmir Çərkəzov daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı (2:0), 1/8 finalda almaniyalı Kristiano Libtsaytı (1:1) 1/4 finalda isə belaruslu Roman Şarkovu (3:0) məğlub edib.
Hidayət Qurbanov
Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında yarımfinala yüksəlib.
"Far.Az"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda belaruslu Roman Şarkovu məğlub edib - 3:0.
İdmançı daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı (2:0), 1/8 finalda isə almaniyalı Kristiano Libtsaytı (1:1) üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finala yüksəlib.
"Far.Az"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda almaniyalı Kristiano Libtsaytı (1:1) sonuncu xal prinsipinə əsasən məğlub edib.
İdmançı daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı (2:0) üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə start verib.
"Far.Az"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Dünya çempionatı: Elmir Çərkəzov yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB-2
Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Naxçıvanda vergi ödəyicilərinin sayı 7 % artıb













