ABŞ və BƏƏ hərbi sahədə süni intellektin tətbiqi üçün işçi qrupu yaradacaqlar
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərbi sahədə süni intellekt proqramlarının işlənib hazırlanmasını və tətbiqini sürətləndirməklə məşğul olacaq ilk ikitərəfli işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
"Far.Az" xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın məlumatında bildirilib.
İşçi qrupu "Task Force Talon Synapse" adını alacaq və yaxın həftələrdə rəsmi olaraq işə başlayacaq. Qrupun mənzil-qərargahı Əbu-Dabidə yerləşəcək. Onun tərkibinə süni intellekt, məlumatlar və kibertəhlükəsizlik sahələrində 20-yə yaxın ABŞ və BƏƏ mütəxəssisi daxil olacaq.
CENTCOM-un komandanı admiral Bred Kuper bildirib ki, qrupun yaradılması ABŞ-nin silahlı qüvvələrdə yeni texnologiyaların tətbiqi sahəsində ən bacarıqlı regional tərəfdaşlarından biri ilə əməkdaşlığının mühüm mərhələsi olacaq.
Onun sözlərinə görə, ABŞ və BƏƏ süni intellekt proqramlarının tətbiq edilməsini sürətləndirmək və hərbi sahədə onların istifadəsini genişləndirmək niyyətindədir.
İşçi qrupunun yaradılması ideyası ötən il Kuper və BƏƏ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri şeyx Təhnun bin Zayed Əl Nəhyan tərəfindən müzakirə edilib.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













