Əməkdar artist: "Qardaşımın qatilinin adını açıqlaya bilmədi"
Far.Az xəbər saytı

Əməkdar artist: "Qardaşımın qatilinin adını açıqlaya bilmədi"


"Qardaşım bərbər idi. Faiq Ağayev, Samir Bağırov onun yanına gəlirdi. Həm qadın, həm də kişilər üçün saç düzümü edirdi. 25 yaşında onu öldürdülər. Məndən 10 yaş kiçik idi. Ailəmin ən böyük faciəsi idi. Onu öldürəndə nə anam, nə də atam həyatda idi. Anam 52 yaşında xərçəngdən, atam isə 54 yaşında ürək xəstəliyindən vəfat etdi".

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Bir gün" verilişində deyib.

Aktrisa qardaşının qətlinin üstünün açılmadığını və bu hadisənin ömrü boyu onun üçün cavabsız qalan ən ağır suallardan biri olduğunu bildirib:

"Ömrümün sonuna qədər mənim üçün sual olaraq qalacaq ki, onu kim və nə üçün qətlə yetirdi. Başqa bir adam gedib həbsdə yatdı. Həbsdən xəbər göndərdi ki, mən öldürməmişəm, çıxanda deyəcəyəm kim edib. Amma həbsdən çıxandan sonra xəstələndi və vəfat etdi. Biz də həqiqəti öyrənə bilmədik".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər