İlham Əliyev: Mərkəzi Asiya ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.
"Report"un Çolpon-Ataya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edərkən bildirib.
"Sadəcə olaraq 2023-cü ilin əvvəlindən bu günə qədər olan qarşılıqlı səfərlərin dinamikasını demək kifayətdir. Üç il yarım ərzində mən Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm. Həmkarlarım bu müddət ərzində Azərbaycana 26 dəfə səfər ediblər. Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib", - İ.Əliyev bildirib.
O, həmçinin qeyd edib ki, bu formatın tamhüquqlu üzvü kimi məşvərət görüşündə ilk dəfə iştirak edir: "Sizi əmin etmək istəyirəm ki, Azərbaycan öz tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bütün səyləri göstərəcək".
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













