Tramp Kemp-Deviddə hökumətin iclasını keçirəcək
ABŞ Prezidenti Donald Tramp bu gün Merilend ştatındakı Kemp-Devid prezident iqamətgahında Nazirlər Kabinetinin iclasını keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, bu görüş onun ikinci prezidentlik müddətində Ağ Evin hüdudlarından kənarda keçirilən ilk görüş olacaq.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, iclas uzunmüddətli müzakirələrə və administrasiya üzvləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə həsr olunacaq. Onun sözlərinə görə, görüş yerinin Kemp-Deviddə olması kabinet üzvlərinə "mühiti dəyişməyə" imkan verəcək.
Bu, Trampın ikinci prezidentlik müddətinin əvvəlindən bəri Nazirlər Kabinetinin 13-cü iclası olacaq. May ayında görüşün Kemp-Deviddə keçirilməsi cəhdi əlverişsiz hava şəraiti səbəbindən ləğv edilmişdi. Birinci prezidentlik müddətində Tramp kabinetin iclasını bu iqamətgahda keçirmişdi.
Kemp-Devid ABŞ prezidentləri tərəfindən iş və danışıqlar üçün mühafizə olunan şəhərkənarı iqamətgah kimi istifadə olunur. 1978-ci ildə orada Misir Prezidenti Ənvər Sadat, İsrailin Baş naziri Menahem Begin və ABŞ Prezidenti Cimmi Karter arasında Kemp-Devid sazişlərinin imzalanması ilə nəticələnən danışıqlar aparılıb.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













