Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçirilib
Bu gün aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Bu barədə "Far.Az"a DİM-dən bildirilib.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində yerləşdiriləcək.
İmtahanda 33 nəfər iştirak edib. 11 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. 9 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, 2 nəfər isə kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4, 5 və 6 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB
Taksi sürücüləri növbəti dəfə imtahan verib - YENİLƏNİB
DİM taksi sürücüləri üçün test imtahanı keçirib - YENİLƏNİB
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - YENİLƏNİB
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
-
Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb













