VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" adlı panel keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş "Bakı Prosesi" beynəlxalq dialoq platforması çərçivəsində, 27–29 oktyabr 2026-cı il tarixlərində Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Far.Az xəbər verir ki, builki forum "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq" mövzusuna həsr olunub. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İSESKO (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Tourism) birgə tərəfdaşlığı ilə gerçəkləşir.
Oktyabrın 28-də Forum çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" mövzusunda panel müzakirəsi baş tutacaq.
Sessiyanın davamındakı müzakirələrdə Avropa Şurası, KAICIID və digər beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı, ABŞ, İsveç, Türkiyə, Pakistan, Özbəkistan və Misirdən olan nümayəndələr, eləcə də dini icma rəhbərləri iştirak edəcəklər.
Paneldə bəşəriyyətin qarşılaşdığı problemlərin həllində mənəvi platformaların potensialı müzakirə olunacaq, parçalanmış dünyada dialoq körpülərinin qurulmasının və daha dinc gələcək üçün ortaq fəaliyyət planının formalaşdırılmasının önəmi barədə fikir mübadiləsi aparılacaq.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb













