Çində daşqın nəticəsində 25 nəfər ölüb
Çinin Qansu əyalətində baş verən daşqın nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
"Far.Az" xəbər verir ki, bu barədə bazar günü "Sinxua" agentliyi məlumat yayıb.
Bundan əlavə, 23 nəfər yaralanıb. Qeyd olunub ki, Milli Komissiya əyalət hakimiyyətlərindən vəziyyətlə bağlı araşdırma və qiymətləndirmə aparmağı xahiş edib.
İyulun 26-da əyalətin bir neçə rayonunda güclü yağışlar yağıb və yerli hakimiyyət orqanları əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıqlar yayıb.
Eyni zamanda Siçuan əyalətində şiddətli hava şəraiti səbəbindən 64.609 nəfər təxliyə edilib və daşqın mövsümünün başlanğıcından bəri 881.000-dən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Çin Meteorologiya Xidməti ölkənin cənub-qərbdən şimal-şərqə qədər geniş ərazilərində güclü yağış, külək və ildırım çaxacağını proqnozlaşdırır. Həmçinin qeyd olunur ki, hazırda qərbi Sakit okeandan Şərqi Asiyaya doğru hərəkət edən super tayfun "Dolfin"in çərşənbə gününə qədər Çinin cənub-şərq sahil bölgələrinə çatacağı gözlənilir.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













