Almaniya Çinlə ticarət kəsirini 55 milyard avroya qədər artırıb
Almaniya 2026-cı ilin birinci yarısında Çinlə ticarət kəsirini 2025-ci ilin birinci yarısındakı təxminən 40 milyard avrodan 2026-cı ildə 55 milyard avroya qədər artırıb.
"Report"un "Reuters" agentliyinə istinadən məlumatına görə, Almaniyanın Çinə ixracı 12 %-dən çox azalaraq 37 milyard avrodan aşağı düşüb, Çindən idxal isə 8,9 % artaraq 91,8 milyard avroya çatıb.
Buna baxmayaraq, Çin Almaniyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Yanvar-iyun ayları arasında ümumi ikitərəfli ticarət 128 milyard avronu keçib ki, bu da ABŞ ilə ticarətdən təxminən 3 milyard avro çoxdur.
2021-ci ildə Almaniyanın ən böyük ixrac bazarları arasında ikinci yeri tutan Çin indi doqquzuncu yerə düşüb. Ekspertlər tədarükün azalmasını Almaniyanın zəifləmiş iqtisadiyyatı və Çinin öz istehsal zəncirlərinə artan diqqəti ilə əlaqələndirirlər.
Oxşar xəbərlər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













