BTQ Hindistanda etiraz edən siqh icması ilə həmrəy olduğunu bildirib
Bakı Təşəbbüs Qrupu (BTQ) Hindistanda etiraz edən siqh icması ilə həmrəyliyini ifadə edib.
"Report" xəbər verir ki, bu barədə BTQ-nin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Məlumatda qeyd olunub ki, siqh icmasının liderləri və nümayəndələri Ambaladakı Pəncoxra Sahib polis məntəqəsinin qarşısında etiraz aksiyası keçirib və Hindistan hökumətini "Xalistana qarşı çıxan fəallara münasibətdə dərhal və qərəzsiz tədbirlər" görməyə çağırıblar (Xalistan - Hindistanın Pəncab ştatının ərazisində müstəqil siqh dövlətinin yaradılması layihəsidir - red.).
"BTQ siqh icması ilə həmrəyliyini ifadə edərək Hindistan hökumətini qanun qarşısında bərabər müdafiəni təmin etməyə, təqsirkarların məsuliyyətə cəlb olunmasına, lazımi hüquqi prosedurlara riayət edilməsinə, eləcə də siqh dini obyektlərinin və icma nümayəndələrinin müdafiəsini təmin etməyə çağırır", - məlumatda bildirilib.
Qeyd edək ki, avqustun 7-də Hindistanın Haryana ştatının Ambala şəhərində siqhlərlə müstəqil Xalistan dövlətinin yaradılması hərəkatına qarşı çıxan fəallar arasında münaqişə baş verib. İnsident zamanı iki polis əməkdaşı yaralanıb. Polis iki gənc siqhi saxlayıb, bundan sonra icmanın nümayəndələri polis məntəqəsinin qarşısında etiraz aksiyasına çıxaraq, onların azad edilməsini tələb ediblər.
Oxşar xəbərlər
"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
"SOCAR Midstream" ağacəkmə aksiyası keçirib
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













