Tramp: NATO sammitindən sonra Məxfi Xidmət digər təyyarədə uçmağımı israr etdi
Far.Az xəbər saytı

Tramp: NATO sammitindən sonra Məxfi Xidmət digər təyyarədə uçmağımı israr etdi


ABŞ Prezidenti Donald Tramp təsdiqləyib ki, bu yaxınlarda Türkiyədə keçirilən sammitdən sonra Məxfi Xidmətin əməkdaşları və hərbçilər onun "Air Force One"nın təyyarəsində deyil, təhlükəsizliyə təhdid səbəbindən başqa təyyarədə uçmasını israr ediblər.

"Report"un məlumatına görə, Tramp bu barədə 11 avqustda Ohayodan Vaşinqton yaxınlığındakı Endryu aviabazasına qayıtdıqdan sonra jurnalistlərə bildirib.

Prezidentin sözlərinə görə, o, Məxfi Xidmətin və hərbçilərin tövsiyələrinə əməl edib. "Bu, Məxfi Xidmətdən asılıdır. Mən sadəcə onların nə etmək istədiklərini izləyirəm. Mən Məxfi Xidmət və hərbçilərlə işləyirəm. Onlar mənim digər təyyarədə, digər təyyarədə, eyni dərəcədə təhlükəsiz uçmağımı istəyirdilər, amma onlar bunu etməyimi istəyirdilər və mən də etdim", - Tramp deyib.

Daha əvvəl "The Washington Post" qəzeti Prezidentin təhlükəsizliyini təmin etmək üçün "Air Force One"nın Trampsız Türkiyədən yola düşdüyünü, Amerika Prezidentinin isə ehtiyatla təyyarədən düşüb başqa təyyarəyə mindiyini bildirib.

Oxşar xəbərlər

Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər