Krozetto: İtaliya hibrid təhlükə ilə mübarizəyə 6 milyard avrodan çox vəsait yönəldəcək
İtaliya yaxın illərdə hibrid təhlükələrdən müdafiə üçün 6 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.
"Far.Az" yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Qvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə xərclər əhəmiyyətli dərəcədə artıb: əgər 2019-cu ildə hibrid təhlükələrə qarşı mübarizəyə 126 milyon avro ayrılmışdısa, 2025-ci ilə qədər maliyyələşmə 557 milyon avroya artıb.
2026–2028-ci illər dövrü üçün təqribən 2 milyard avro nəzərdə tutulub, bu da əvvəlki 3 illə müqayisədə təxminən 40 % çoxdur. Nazir qeyd edib ki, gələcəkdə investisiyaların ümumi həcmi 6 milyard avronu ötəcək, G-CAP proqramının müvafiq hissəsi nəzərə alınmaqla isə 7 milyard avroya çata bilər.
Krozetto vurğulayıb ki, bu gün ənənəvi və hibrid müharibəyə hazırlığı bir-birindən ayırmaq qeyri-mümkündür.
"Ukrayna bunu sübut edir. Səngərlər, dronlar, peyklər, şəbəkələr və kiberəməliyyatlar - bunların hamısı eyni bir müharibədir. Əgər rabitə kəsilirsə, bunun bədəlini yerdəki mövqeləri qoruyanlar ödəyir", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Bəyanat silsilə kiberhücumlar, minalanma ilə bağlı yalançı məlumatlar və İtaliya vəzifəli şəxslərinin şəxsi məlumatlarının yayılması fonunda səslənib. Noyabr ayında bu cür təhlükələr dalğası bütün ölkə üzrə minlərlə məktəbə təsir edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil













