XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
Xarici İşlər Nazirliyi (XİN) yüksək bilik və bacarığa, innovativ düşüncəyə və vətənə bağlılığa malik gənclərin bundan sonrakı dövrlərdə də dövlətin və xalqın rifahına, eləcə də ölkənin beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəyini bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə XİN-in "X" sosial media hesabında paylaşım edilib.
"12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə gənclərimizi səmimi qəlbdən təbrik edirik. Milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin davamlı inkişafı və müasir dövrün çağırışlarına cavab verən güclü Azərbaycan naminə nümayiş etdirdiyiniz fəallıq, təşəbbüskarlıq və əzmkarlıq böyük qürur hissi doğurur. Əminik ki, yüksək bilik və bacarığa, innovativ düşüncəyə və vətənə bağlılığa malik gənclərimiz bundan sonrakı dövrlərdə də dövlətimizin və xalqımızın rifahına, eləcə də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəklər", - paylaşımda qeyd olunub.
12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə gənclərimizi səmimi qəlbdən təbrik edirik.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 12, 2026
Milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin davamlı inkişafı və müasir dövrün çağırışlarına cavab verən güclü Azərbaycan naminə nümayiş etdirdiyiniz fəallıq, təşəbbüskarlıq və… pic.twitter.com/Lu7Gkqc7yv
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













