Xəzəryanı ölkələr "Xəzər dənizi günü"nü qeyd edir
Far.Az xəbər saytı

Xəzəryanı ölkələr "Xəzər dənizi günü"nü qeyd edir


Bu gün Xəzəryanı dövlətlərdə "Xəzər dənizi günü" qeyd olunur.

Far.Az xəbər verir ki, "Xəzər dənizinin dənizətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" Xəzər hövzəsinə daxil olan beş ölkə arasında ətraf mühitin qorunmasına dair ilk hüquqi saziş hesab olunur. Sənəd Xəzər dənizinin müxtəlif mənbələrdən çirklənməsinin qarşısının alınmasını, ekosistemin qorunmasını və bərpasını əsas məqsəd kimi müəyyənləşdirir.

Konvensiyada Xəzərin bioloji ehtiyatlarından davamlı və səmərəli istifadə, ekoloji monitorinq, elmi araşdırmalar və ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı müddəalar da yer alır.

Saziş beş Xəzəryanı dövlət tərəfindən ratifikasiya edildikdən sonra 12 avqust 2006-cı ildə qüvvəyə minib. Həmin tarixdən etibarən 12 avqust "Xəzər dənizi günü" kimi qeyd olunur.

Günün əsas məqsədi Xəzər dənizinin ekoloji təhlükəsizliyinə diqqəti artırmaq, onun bioloji sərvətlərinin qorunması və bərpasını təşviq etmək, həmçinin əhalinin bu istiqamətdə maarifləndirilməsinə töhfə verməkdir.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər