BTQ Qlobal Cənub Gənclər Platforması ilə əməkdaşlığı müzakirə edib
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı və Qlobal Cənub Gənclər Platformasının (GSYP) birgə tərəfdaşlığı ilə 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən geniştərkibli video konfransda əməkdaşlıq müzakirə olunub.
Bu barədə "Report"a BTQ-dən məlumat verilib.
Virtual görüş Qlobal Cənubun gənc liderlərinin beynəlxalq müstəvidə fəaliyyətini əlaqələndirmək və müştərək beynəlxalq layihələri müzakirə etmək məqsədi daşıyıb.
Görüş zamanı tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri və prioritetləri barədə məlumat vermiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Onlayn konfransda 20 fərqli ölkədən, müxtəlif gənclər təşkilatlarının üzvləri, rəhbərləri və BMT İnkişaf Proqramının məsləhətçiləri iştirak ediblər.
Müzakirələr çərçivəsində BTQ və GSYP arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi imkanları, gələcək perspektivlər, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi və davamlı əlaqələrin yaradılmasının əhəmiyyətini qeyd ediblər.
Görüşdə həmçinin gələcəkdə mühüm qlobal tədbirlərdə birgə təşəbbüslərin həyata keçirilməsi və digər fəaliyyətlərin təşkili imkanları müzakirə olunmuş, mümkün əməkdaşlıq formatları barədə ilkin fikir mübadiləsi aparılıb.
Tərəflər gənclərin beynəlxalq proseslərdə fəal iştirakının təşviqi, müxtəlif regionlardan olan gənclər arasında əlaqələrin gücləndirilməsi və onların qlobal əhəmiyyətli məsələlər üzrə dialoqa cəlb olunması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













