Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb
Naxçıvan Muxtar Respublikasında (MR) aksizli məhsulların dövriyyəsinə nəzarət tədbirləri çərçivəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilərin satışı və satış məqsədilə saxlanılması faktları aşkarlanıb.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları müəyyən edilib.
Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində Murtuzayev Sahil Arif oğluna məxsus anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin məhsullar götürülüb.
Faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülüb
Salyanda marketdə yararsız məhsullar və saxta içkilər tapıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
Paşinyan: Ümumi istifadədə olan çaylardan birgə yararlanmaq qaydalarının Azərbaycanla müzakirəsi vacibdir













