Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatında 8 medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatında 8 medal qazanıblar


Bakıda keçirilən çimərlik güləşi üzrə U-17 dünya çempionatında Azərbaycan təmsilçiləri 8 medal qazanıblar.

"Report" xəbər verir ki, milli üzvləri yarışda 2 qızıl, 3 gümüş və 3 bürünc mükafata sahib olublar.

Oğlanların mübarizəsində Elcan Həsənov (60 kq) və Nihat Süleymanlı (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əlirza Heybətli (60 kq) və Elgün Kərimli (90 kq) gümüş, Tunar Quliyev (70 kq) və Ruslan Vəliyev (80 kq) isə bürünc medala yiyələniblər.

Qızların yarışında Rəna Nuriyeva (65 kq) gümüş, Simurə Abdullayeva (75 kq) bürünc mükafat qazanıb.

"Ara Breeze" istirahət mərkəzində təşkil olunan yarışın yekun nəticələrinə əsasən, qadınların komanda hesabında Azərbaycan birinci, ABŞ ikinci, Yaponiya üçüncü olub. Kişilərin mübarizəsində isə İran birinci, Azərbaycan ikinci, Seneqal üçüncü yeri tutub.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər