ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib - Yenilənib-2
ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) ölkə ərazisindəki bütün hava limanlarından uçuşlara icazə verib.
"Report" xəbər verir ki, bu barədə idarənin bildirişində deyilir.
"Bütün ölkə üzrə təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib", - sənəddə qeyd olunub.
Məhdudiyyətlər dörd saatdan çox qüvvədə qalıb, bu müddət ərzində 5 117 reys ləğv edilib, 9 814 reys gecikdirilib. Qadağa 1,5 milyona yaxın aviasərnişinə toxunub.
ABŞ Federal Mülki Aviasiya İdarəsinin (FAA) ölkə ərazisindəki bütün hava limanlarından uçuşların dayandırılması barədə bildirişi fonunda 12 mindən çox reys ləğv edilib və gecikdirilib.
"Report" xəbər verir ki, bunu "FlightAware" portalının məlumatları göstərir.
Bakı vaxtı ilə şənbə günü saat 03:04-ə olan rəqəmlərə əsasən, bütün ölkə üzrə 1 913 reys ləğv edilib və 10 min 494 reys gecikdirilib.
Daxili təhlükəsizlik naziri Markueyn Mallin jurnalistlərə bildirib ki, federal hökumət insidenti araşdırır və hələlik bunun hücum olduğuna dair heç bir əlamət yoxdur və hər kəs təhlükəsizlikdədir.
"Hazırda bu, sadəcə telekommunikasiyanın işində yaranmış nasazlıqdır", - o, jurnalistlərə deyib.
Daha sonra FAA-dan bildirilib ki, uçuş qadağası qüvvədə qalır, lakin infrastruktur bərpa olunduqca bəzi aviareyslərə icazə veriləcək.
ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) aviadispetçerlərin avadanlığında yaranan problemlər səbəbindən ölkə ərazisindəki bütün hava limanlarından uçuşları dayandırıb.
"Report" xəbər verir ki, bu barədə FAA-nın bildirişində deyilir.
"Uçuşlara qoyulan məhdudiyyət fövqəladə hallar və təhlükəsizlik mülahizələri ilə əlaqədar tətbiq edilib. Bütün hava limanlarında uçuşlara qadağa qoyulub. Bütün yola düşən reyslər sonrakı göstərişlərə qədər hava limanında qalmalıdır", - sənəddə qeyd olunur.
İdarədən izah ediblər ki, bu, uçuşların idarə edilməsi sisteminin işinə təsir göstərən FAA avadanlığının sıradan çıxması ilə əlaqədardır.
Oxşar xəbərlər
ABŞ-də uçuşların dayandırılması 12 mindən çox reysə təsir edib - Yenilənib
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub













