Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
Şəmkirin Sərxan kəndində 11 yaşlı qız əməliyyatdan sonra vəfat edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ətin götürülməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı yaşadığı evdə vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, azyaşlı avqustun 26-da otorinolarinqoloji əməliyyat üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası və xroniki tonzillit diaqnozları qoyulub və cərrahi əməliyyat icra edilib.
Açıqlamada qeyd edilib ki, pasiyentin müalicəsi əməliyyatdan sonra Reanimasiya şöbəsində davam etdirilib.
Avqustun 27-də saat 08:30 və 12:10-da azyaşlıda qanaxma müşahidə olunub. Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və həmin gün saat 13:40-da onun bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













