Ekspert: Azərbaycan-Qırğızıstan münasibətləri misli görünməmiş səviyyəyə çatıb
Azərbaycan və Qırğızıstan münasibətləri misli görünməmiş səviyyəyə çatıb, iki ölkə arasında əməkdaşlıq dərinləşməkdə davam edir.
"Far.Az"un Bişkekə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə agentliyə müsahibəsində Qırğızıstan Respublikasının Milli Strateji Təşəbbüslər İnstitutunun direktorunun ictimai əsaslarla məsləhətçisi, analitika və koordinasiya işləri şöbəsinin eksperti Temirlan Razbayev bildirib.
"Düşünürəm ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, inteqrasiya və əməkdaşlığın belə bir səviyyəsini müşahidə edirik. Bu, o cümlədən ölkələrimiz arasında imzalanmış dostluq haqqında sazişlərlə də təsdiqlənir", - o bildirib.
Razbayev həmçinin Azərbaycan və Qırğızıstanın Orta Dəhliz və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində qarşılıqlı fəaliyyətini qeyd edib.
O xatırladıb ki, Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşıdır. Ekspert hesab edir ki, ŞƏT sammiti çərçivəsində transsərhəd məsələləri, nəqliyyat və siyasi qarşılıqlı fəaliyyət müzakirə olunacaq.
"Azərbaycan C6 platformasının bir hissəsi oldu və düşünürəm ki, bu, tərəfdaşlığı möhkəmləndirəcək", - Razbayev vurğulayıb.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib
Trendyol "INmerge" İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













