Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir
Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən mühüm infrastruktur layihələrinin icrası davam etdirilir.
Agentlikdən Far.Az-ə bildirilib ki, Dövlət Proqramı çərçivəsində icra olunan mühüm layihələrdən biri Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisidir. Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının vahid sistem üzrə toplanmasına, daşınmasına və müasir texnologiyalar əsasında təmizlənməsinə xidmət edəcək.
Yeni infrastruktur Ceyranbatan Su Anbarının ətrafında qrunt sularının tənzimlənməsinə, subasma risklərinin azaldılmasına, sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına və ərazidə ekoloji təhlükəsizliyin gücləndirilməsinə imkan yaradacaq.
2028-ci ildə başa çatdırılması nəzərdə tutulan layihə tamamlandıqdan sonra gətirici kanalizasiya kollektoru, tullantı sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və yardımçı obyektlər vahid və dayanıqlı infrastruktur sistemi kimi fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Qrenlandiyada hərbi infrastrukturun inkişafına 500 milyon dollaradək vəsait yönəldə bilər
-
Axtarışda olan şəxs Novxanıda saxlanılıb
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Konstitusiya Məhkəməsi: Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə bilər
-
"Bank of Baku"nun sədrinin səlahiyyət müddəti uzadıla bilər
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb













