"Telegraph": Britaniyanın ən böyük qaz anbarı bağlanmaq təhlükəsi ilə üzləşib
Böyük Britaniyanın ən böyük qaz anbarı "Rough" "Centrica" enerji şirkətinə yardım göstərməkdən imtina etməsindən sonra bağlanmaq təhlükəsi ilə üzləşib.
"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Bildirilib ki, "Centrica" rəhbərliyi yaxın aylarda anbarın bağlanması riski və yüzlərlə iş yerinin ixtisarı barədə xəbərdarlıq edib. Şirkət milli enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan rentabelsiz obyektin xilası üçün Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə təcili danışıqların aparılmasını təkid edir.
Məlumata görə, "Centrica" hökumətə "Rough" anbarına 2 milyard funt-sterlinq (2,6 milyard dollar) məbləğində investisiyaların maliyyələşdirilməsini təklif edir. Şirkət ilkin investisiyaları öz üzərinə götürməyə hazırdır, lakin onları ev təsərrüfatlarının elektrik enerjisi hesablarına daxil edilən məqsədli ayırmalar hesabına geri qaytarmağa ümid bəsləyir. "Centrica" qeyd edib ki, hazırkı vəziyyətdə Böyük Britaniyadakı bütün qaz saxlama güclərinin təxminən yarısının payına düşdüyü obyektin fəaliyyəti üçün yeni lisenziya almaq üçün müraciət etmək fikrində deyil. Mövcud lisenziyanın müddəti 2027-ci ilin aprelində başa çatır.
Xatırladaq ki, 2017-ci ildən bəri istifadə olunmayan "Rough" qaz anbarı Böyük Britaniyadakı enerji böhranı fonunda 2022-ci ilin payızında fəaliyyətini qismən bərpa edib. Şimal dənizinin cənub hissəsində yerləşən obyekt ilk dəfə 1985-ci ildə açılıb. Qaz anbarı 1,6 milyard kubmetrədək qaz tutumuna malikdir.
Oxşar xəbərlər
Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













