Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub


Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Marneuli bələdiyyəsinin meri Daur İsmayılovla görüşüb.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı gələcək planlar və Marneuli bələdiyyəsində birgə həyata keçiriləcək layihələr müzakirə olunub.

Tərəflər həmçinin Azərbaycan və Gürcüstan arasında uzun illərə əsaslanan strateji tərəfdaşlıq, eləcə də mövcud yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər