Mahir Məmmədov Ümumdünya Şahmat Olimpiadası öncəsi Azərbaycan millisinin üzvləri ilə görüşüb
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Özbəkistanda keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadası öncəsi görüş keçirib.
AŞF-dən "Report"a verilən məlumata görə, görüş ölkəmizi sözügedən beynəlxalq yarışda təmsil edəcək kişi və qadınlardan ibarət milli komandaların üzvləri, eləcə də məşqçilər heyəti ilə baş tutub.
Yığıncaqda çıxış edən AŞF prezidenti Mahir Məmmədov komandaların hazırlıq prosesi ilə maraqlanıb və şahmatçıların təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Federasiya rəhbəri Azərbaycan şahmatının zəngin ənənələrə malik olduğunu xatırladaraq, hər iki komandanın Olimpiadada ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını ifadə edib.
Qeyd edək ki, bu gün qadınlardan ibarət milli komanda son təlim-məşq toplanışında iştirak etmək üçün İsmayıllı rayonunun Basqal kəndinə yollanır.
Oxşar xəbərlər
Mahir Məmmədov Ümumdünya Şahmat Olimpiadası öncəsi görüş keçirib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
-
Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi













