"Barselona"nın futbolçusu Erik Qarsiya növbəti dəfə burnunu sındırıb
Far.Az xəbər saytı

"Barselona"nın futbolçusu Erik Qarsiya növbəti dəfə burnunu sındırıb


İspaniya La Liqasının IV turunda "Valensiya"ya qarşı matçda (5:0) "Barselona"nın müdafiəçisi Erik Qarsiyanın burnu sınıb.

"Far.Az" "Sport.es"ə istinadən xəbər verir ki, ilk hissədə künc zərbəsi zamanı komanda yoldaşı Rodri ilə toqquşub.

Hadisədən sonra əvəzlənən müdafiəçinin cərrahi əməliyyata ehtiyacı olub-olmaması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək. Cərrahi müdaxiləyə gərək qalmazsa, o, məşqləri və oyunlarda iştirakını xüsusi qoruyucu maskada davam etdirə biləcək.

Xatırladaq ki, müdafiəçi analoji zədəni 2025-ci ilin noyabrında, UEFA Çempionlar Liqasının liqa mərhələsində "Brügge" ilə matçda (3:3) da alıb. Həmin vaxt əməliyyata ehtiyac duyulmayıb və futbolçu bir müddət qoruyucu maskada oynayıb.

"Barselona" növbəti oyununu sentyabrın 9-da Çempionlar Liqasının I turunda "Feyenoord"a qarşı keçirəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər