Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib
Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib.
"Far.Az" quruma istinadən xəbər verir ki, qəbul zamanı elektrik enerjisi və təbii qaz təchizatı, sayğaclaşma, mühafizə zonaları, elektrik naqillərinin istismar vəziyyəti, elektrik enerjisi verilişində fasilələrin yaranması və digər mövzularla bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qəbulda Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Biləsuvar rayon sakinləri iştirak edib.
Energetika Nazirliyində vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkil edilməsi məqsədilə qurumun rəhbər vəzifəli şəxslərinin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin internet səhifəsində yerləşdirilib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir













