Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub
Noyabrın 9-da Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub.
“Far.Az” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev bildirib.
“Bu gün, noyabrın 9-da Ukrayna Mədəniyyət və Xalq Yaradıcılığı İşçiləri Günündə Bakının mərkəzində yenilənmiş Ukrayna Mərkəzinin təntənəli açılışı olub”, – diplomat yazıb.
O, açılışda ukraynalı fotoqraf Maksım Starikovun “Uşaqların düşüncələri” sərgisinin baş tutduğu qeyd edib. “Azərbaycanda ilk dəfə təqdim olunmuş bu sərgi müharibə şəraitində yaşayan müasir Ukrayna uşaqlarına həsr olunub”, – səfir vurğulayıb.
Husyev tədbirdə Ukrayna icmalarının başçıları və Ukraynanın tərəfdaşlarının səfirlərinin iştirak etdiyini diqqətə çatdırıb.
“Bakıda Ukrayna Mərkəzinin açılışı təkcə mədəni hadisə deyil, həm də Ukrayna – Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Mərkəz Azərbaycandakı Ukrayna cəmiyyəti, eləcə də Ukrayna mədəniyyəti və tarixi ilə maraqlanan hər kəs üçün görüş yerinə çevriləcək”, – o nəql edib.
Xatırladaq ki, ötən ay Husyev ukraynalı uşaqların terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət etmişdi.
Oxşar xəbərlər
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













