Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir
Azərbaycan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini ardıcıl olaraq dəstəkləyir.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev "Lenta.Ru" nəşrinə müsahibəsində bildirib.
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı suala cavab verərkən diplomat xatırladıb ki, ölkənin mövqeyi dəfələrlə Prezident İlham Əliyev tərəfindən bir çox yerdə, o cümlədən bu yaxınlarda Şuşada keçirilmiş beynəlxalq media forumunda ifadə edilib.
"Biz dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini qətiyyətlə və daim dəstəkləyirik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Bu məsələdə bizim mövqeyimiz dəyişməzdir", - o bildirib.
İyul ayında Azərbaycanın paytaxtında Rusiya və Almaniya nümayəndələrinin qapalı görüşü fonunda Bakının dialoq meydançası, əlaqə kanalı və ya humanitar təşəbbüslərin iştirakçısı kimi potensial rollarına toxunan Mustafayev qeyd edib ki, hələlik konkret qərarlar yoxdur, lakin bu rollardan hər hansı birinə ehtiyac yaranarsa, təkliflərə baxılacaq.
"Əgər sizin sadaladığınız rollardan hər hansı birinə gələcəkdə ehtiyac yaranarsa, Bakı, əlbəttə ki, müvafiq təkliflərə baxacaq və onlara reaksiya verəcək. Lakin hələlik bu məsələ ilə bağlı konkret heç nə deyə bilmərəm", - səfir qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













