Elnur Soltanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək
Azərbaycan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, COP29-un əsas mövzusu iqlim dəyişikliyi olacaq: “Həmçinin inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə daha çox dəstək göstərməsi də COP29-un gündəliyində olacaq. İqlim dəyişikliyi ən çox Afrikaya təsir edir”.
E.Sultanov xatırladıb ki, Ermənistan da COP29-a dəvət edilib: “Təxminən 80 min qonağımız olacaq. Dünyanın bütün prezidentlərinə dəvət göndərilib. 50-dən çox dövlətdən nazirlər gələcək. Bu rəqəmin artacağı da gözlənilir. COP29 Azərbaycanın indiyə kimi ev sahibliyi etdiyi digər bütün tədbirlərlə müqayisə edilməyəcək tədbir olacaq. İqlim müzakirələrinə liderlik edəcəyik. Azərbaycanın qonaqpərvərliyini ortaya qoyacağıq. COP-un uğursuz olma ehtimalı yoxdur”.
Oxşar xəbərlər
Elnur Sultanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək
Azərbaycanda keçiriləcək COP29 - iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ - RƏY
Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir”
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
Sandra Kulibali Lerua: Süni intellekt əmək bazarında gender bərabərsizliyini artıra bilər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək
-
Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı













