Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib
Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İclasda zəlzələlərin operativ monitorinqi, seysmoloji məlumatların mübadiləsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, zəlzələ parametrlərinin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi və EMSC-nin gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil ediblər. Mərkəzin nümayəndələri iclasa Zoom platforması vasitəsilə onlayn şəkildə qoşulublar.
İştirakçılar tərəfindən Avropa seysmologiyasının müasir inkişaf tendensiyaları, seysmikliyin monitorinqinə yeni yanaşmalar, operativ seysmoloji məlumatların beynəlxalq mübadiləsi və seysmoloji təşkilatlar arasında elmi əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
EMSC Baş Assambleyasının ESC-nin Baş Assambleyası çərçivəsində keçirilməsi Avropa və Aralıq dənizi regionlarının seysmoloji icmaları arasında elmi və institusional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
-
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
-
"Azərişıq" ASC-nin ümumrespublika yarışının qalibi müəyyənləşib













