Elçin Camallı: "Britaniya komandası ilə oyun daha yaxşı mübarizə şəraitində keçdi"
Azərbaycanın "Elit polo club" komandasının çimərlik polisi üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin yarımfinalında Böyük Britaniya təmsilçisi "Red Star"la matçı mübarizə şəraitində keçib.
"Far.Az" xəbər verir ki bunu komandanın üzvü Elçin Camallı görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Düşünürəm ki, Böyük Britaniya komandası ilə oyunumuz daha yaxşı mübarizə şəraitində keçdi. Onlar hesabda önə çıxdıqdan sonra biz hesabı bərabərləşdirdik. Sonra aradakı fərqi 5 topa çatdırdıq, onlar isə hesabı 2 topadək endirə bildilər. Həyəcanlı oyun oldu, qarşılaşmaya yaxşı hazırlaşmışdıq", - o söyləyib.
Poloçu sabah İsveçrənin "Sankt Mortiz" komandasına qarşı keçiriləcək final oyunu barədə də fikirlərini bölüşüb:
"Sabah finalda mübarizə aparacağıq. Rəqibimiz də iki oyunda iki qələbə qazanıb. Rəqibi çox yaxşı tanıyıram. Onlarla Avropada və Argentinada dəfələrlə oynamışam. Rəqibi yaxşı təhlil edib, qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, Azərbaycan təmsilçisi bu gün yarımfinalda Böyük Britaniyanın "Red Star" komandasını 9:7 hesabı ilə üstələyərək finala vəsiqə qazanıb.
Oxşar xəbərlər
"Sea Breeze 2026" beynəlxalq polo turnirinin açılış matçı baş tutub
Azərbaycan təmsilçisi çimərlik polosu üzrə beynəlxalq yarışa qələbə ilə başlayıb
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
Elçin Camallı: "İngiltərə komandasını məğlub edib finala yüksəlmək istəyirik"
Elçin Camallı: "Polo turnirinə yaxşı hazırlaşmışıq, özümüzü favorit görürük"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur













