Azərbaycan təmsilçisi çimərlik polosu üzrə beynəlxalq yarışa qələbə ilə başlayıb
Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə beynəlxalq yarışda daha bir görüş baş tutub.
"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi "Elit polo club" Rusiyanın "Moscow polo club" komandası ilə üz-üzə gəlib.
Görüş Azərbaycan yığmasının 7:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, günün ilk matçında "Red Star" (Böyük Britaniya) və "Sankt Mortiz" (İsveçrə) komandaları qarşılaşıblar. Bu görüşdə İsveçrə təmsilçisi 7:6 hesablı qələbə qazanıb.
Azərbaycan təmsilçisi "Elit polo club" sabah Böyük Britaniyanın "Red Star" komandası ilə yarımfinalda üz-üzə gələcək. Digər yarımfinal qarşılaşması isə "Sankt Mortiz" (İsveçrə) və "Moscow polo club" (Rusiya) arasında keçiriləcək.
Oyunlarda qalib gələn komandalar sentyabrın 13-də finalda, məğlublar isə üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.
Turnirə sentyabrın 13-də yekun vurulacaq.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Sea Breeze 2026" beynəlxalq polo turnirinin açılış matçı baş tutub
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Elçin Camallı: "İngiltərə komandasını məğlub edib finala yüksəlmək istəyirik"
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib













