"Turan"ın yeni transferi Yelizaveta Ruban: "Məqsədimiz ildən-ilə ən yüksək zirvəyə qalxmaqdır"
"Turan" voleybol komandasının məqsədi ildən-ilə ən yüksək səviyyəyə qalxmaqdır.
Bu barədə "Far.Az"a açıqlamasında bölgə təmsilçisinə keçən Azərbaycan millisinin üzvü Yelizaveta Ruban bildirib.
O, ölkə çempionuna transferi ilə bağlı fikirlərini bölüşüb:
"Komandaya qoşulduğum üçün çox şadam. Yenidən Bakıda, evdə oynamaq çox xoşdur. Komandada məni çox isti və qonaqpərvər qarşıladılar. Təəssüratlarım yalnız ən müsbət istiqamətdədir. Məqsədimiz ildən-ilə yalnız ən yüksək səviyyəyə qalxmaqdır. Əlbəttə, əsas məqsəd çempion olmaq, Çempionlar Liqasında mümkün qədər irəli getmək və qrup mərhələsinə vəsiqə qazanmaqdır".
Y.Ruban "Turan"ın CEV Çempionlar Liqasındakı hədəflərindən də söz açıb:
"Son illərdə Avropa arenasında çıxış etdiyim üçün ilk matçla bağlı mənim üçün hər hansı problem və ya qeyri-müəyyənlik yoxdur. Əlbəttə, belə gənc klub üçün yaradıldıqdan dərhal sonra yüksək səviyyədə mübarizə aparmaq həmişə həyəcanvericidir. Mən də öz tərəfimdən komandaya maksimum kömək etmək və ilk matçın yaxşı keçməsinə töhfə vermək istəyirəm".
Xatırladaq ki, "Turan" CEV Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Mladost" (Zaqreb) ilə görüşəcək. İlk qarşılaşma oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













