Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi - Digər müttəhim kimdir?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.
BAKU.WS Gununsesi.info-ya istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.
O da Ramiz Mehdiyevlə birlikdə mühakimə olunacaq.
Xəbərdə o da qeyd olunur ki, R.Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əlisəftər oğlu Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.
Sayt həmçinin yazıb ki, sabiq PA rəhbəri ilə əlbir fəaliyyətdə təqsirləndirilən AXCP sədri Əli Kərimlinin barəsindəki cinayət işinin Ramiz Mehdiyevin işindən ayrıldığı deyilir.
Hazırda Əli Kərimli ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













