DMX Azərbaycana gələn Rusiya vətəndaşlarına çağırış edib
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycana gələn Rusiya vətəndaşlarına çağırış edib.
Bu barədə "Report"a DMX-dən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 561 nömrəli Qərarına əsasən, 2025-ci il 1 yanvar tarixindən etibarən viza tələb olunmadan Azərbaycana gələn Rusiya vətəndaşlarının, habelə Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
DMX bir daha diqqətə çatdırır ki, qeyd olunan tələb yetkinlik yaşına çatmayan şəxslər də daxil olmaqla, müvafiq kateqoriyadan olan bütün şəxslərə şamil edilir.
Bununla əlaqədar, yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri onların Azərbaycan Respublikasında müvəqqəti olma müddətlərinə riayət edilməsini təmin etməli, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda, həmin müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müəyyən edilmiş qaydada müraciət etməlidirlər.
Eyni zamanda, müvəqqəti olma müddəti artıq başa çatmış, lakin ölkəni tərk etməmiş yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri mövcud vəziyyətin qanunvericiliyə uyğun həlli və ölkədən çıxış zamanı dövlət sərhədindən maneəsiz keçidin təmin edilməsi məqsədilə DMX-ə müraciət etməyə dəvət edilirlər.
Bildiririk ki, DMX-nin rəsmi internet səhifəsində yerləşdirilmiş "Müvəqqəti olma müddətini yoxla" elektron kalkulyatoru vasitəsilə ölkəyə giriş-çıxış tarixləri əsasında cari təqvim ili ərzində istifadə edilməmiş müvəqqəti olma müddətini yoxlamaq mümkündür.
Xatırladırıq ki, Azərbaycanda müvəqqəti olma müddəti bitənədək həmin müddət uzadılmadıqda və ya müvəqqəti yaşama icazəsi alınmadıqda, ölkədə qalmaq üçün digər qanuni əsaslar olmadığı təqdirdə Azərbaycanın ərazisi tərk edilməlidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













