Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dolları keçib
2026-ci ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3,2 milyard dollardan çox olub.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.
O, iki ölkə arasında mövcud münasibətləri tənzimləyən xüsusi formatların mövcud olduğunu vurğulayıb:
"Strateji Əməkdaşlıq Şrası, siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq komissiyası və digər müstəvilərdə bu əməkdaşlıq mövcuddur".
Nazir işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəaliyyətini də yüksək qiymətləndirib.
C.Bayramov əlavə edib ki, hazırkı mərhələdə iki ölkə araslında çox böyük perspektivə malik və növbəti onilliklərə yönəlik layihələr var:
"Bu konteskdə işlər aparılır. Həmin layihələr içərisində Azərbaycanda istehsal edilən alternativ enerjinin Qara dəniz üzərindən daşınması, burada Türkiyənin iştirakını, eləcə də Naxçıvanı Türkiyə ilə birləşdirən yeni enerji kabelini qeyd etməliyəm. Bu layihə nəinki Azərbaycan və Türkiyə üçün, Avropa bazarı üçün çox böyük potensiala malikdir".
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında nəqliyyat sahəsində də mühüm layihələr həyata keçirilir.
Nazir onu da bildirib ki, iki ölkənin hökumətlərarası komissiyasının iclaslarına böyük önəm verilir: "Burada humanitar, gənclər, idman və digər sahələr üzrə əməkdaşlığa dair müzakirələr aparılır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar













