WP: Putin və Tramp telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər
Far.Az xəbər saytı

WP: Putin və Tramp telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər


Noyabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş lideri Donald Tramp arasında telefon danışığı olub. Onlar Ukraynadakı münaqişəni müzakirə ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Washington Post” (WP) qəzeti yazıb.

Tərəflər arasında Avropada sülhün əldə olunması diqqət mərkəzində olub. Bundan əlavə, ABŞ-ın yeni seçilmiş prezidenti Ukraynadakı müharibənin tezliklə həllini müzakirə etmək üçün sonrakı danışıqlarda maraqlı olduğunu bildirib.

Qəzetin yazdığına görə, hazırda nə Moskva, nə də Vaşinqton siyasətçilər arasında söhbət barədə rəsmi məlumat yaymayıb.

Nəşr iddia edib ki, Kiyev Putinə zəng barədə məlumatlandırılıb və söhbətə etiraz etməyib. Ukrayna rəsmiləri çoxdan başa düşürlər ki, Tramp Ukraynadakı vəziyyəti diplomatik yolla həll etmək üçün Rusiya lideri ilə işləyəcək.

Oxşar xəbərlər

Media standartlarından uzaq "Vaşinqton Post": İllər sonra təbliğat maşını kimi xatırlanacaq nəşr- TƏHLİL
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
İsraildə etiraz aksiyaları – hökumətə həm təzyiq, həm də dəstək - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər