Far.Az xəbər saytı
Far.Az xəbər saytı
Malayziya “BRICS” tərəfdaşı olmaq üçün dəvət alıb
Malayziya iki həftə öncə “BRICS”ə tərəfdaş kimi qoşulmaq üçün dəvət alıb və tezliklə bu təklifə cavab verəcək.
“Far.Az” xəbər verir ki, bu barədə “TASS”a Malayziyanın Rusiyadakı səfir Çeonq Lun Lay məlumat verib.
O izah edib ki, dəvət Malayziya tərəfindən fəal şəkildə nəzərdən keçirilir və tezliklə cavab gözlənilir. Səfir qeyd edib ki, dəvət Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənə yazılı şəkildə göndərilib.
Xatırladaq ki, “BRICS” 2006-cı ildə yaradılıb. 2011-ci ildə Cənubi Afrika ilkin tərkibə (Braziliya, Rusiya, Hindistan və Çin) qoşulub. Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən assosiasiyanın tamhüquqlu üzvləri olublar.
Oxşar xəbərlər
BRICS-in yüksəlişi və qlobal sistemə təsirləri - ARAŞDIRMA
Mövqelərimizi daha da gücləndirəcək addım: Azərbaycan BRICS-ə üzv olmaqla nə qazanacaq? - FOTO - TƏHLİL
Səfir: Azərbaycan və BƏƏ-nin tərəfdaşlığı iqlim dəyişikliyi ilə mübarizədə mənalı həllər təqdim edə bilər - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti oktyabrda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib













