Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümündə tətbiq olunacaq əsas yeniliklər açıqlanıb
Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027 mövsümündə tətbiq olunacaq əsas yeniliklər açıqlanıb.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Əliyev bildirib.
O, əsas yeniliyin 8 komandanın iştirakı ilə vahid çempionat olacağını vurğulayıb:
"Artıq A və B qrupları olmayacaq. Bu mövsümdən etibarən yarışın sonuncusu ABL-2-yə düşəcək. Aşağı liqada birinci yerin sahibi olan kollektiv isə yüksək dəstəyə vəsiqə qazanacaq".
S.Əliyev çempionatın üç dövrədən ibarət olacağını sözlərinə əlavə edib:
"Bu da bir yenilikdir. Bu mövsüm dörd klubumuz avrokuboklarda mübarizə aparır. Bu da Azərbaycan basketbolu üçün ilkdir. ABL-2-nin nə vaxt başlayacağı hələlik bəlli deyil. Biz qadınlardan ibarət turnirin təşkilini də planlaşdırırıq. Lakin yarışın nə vaxt olacağı məlum deyil".
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk qarşılaşmasında son ölkə çempionu "Sabah" ötən mövsümün gümüş mükafatçısı "LANDAU Lions"la üz-üzə gələcək. Görüş sentyabrın 30-da, saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.
Oxşar xəbərlər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Şəhidlərin xatirəsinə həsr olunan cüdo üzrə açıq çempionat keçirilib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV
-
Lixtenşteyn millisinin futbolçusu Alesio: "Bakıda yaxşı nəticə qazanmaq istəyirik"













