Gəncə Dövlət Universitetində "Mənəvi dəyərlər" günü keçirilib - Yenilənib
Gəncə şəhərində keçirilən "Mənəvi dəyərlər" həftəsi çərçivəsində noyabrın 17-də Gəncə Dövlət Universitetində (GDU) "Mənəvi dəyərlər" günü təşkil olunub.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan GDU-nun rektoru Yusif Yusibov Azərbaycanın zəngin tarixi-mədəni irsindən, tolerantlıq ənənələrindən və ölkəmizdə müxtəlif xalqlar arasında formalaşmış dostluq münasibətlərindən danışıb.
Rektor vurğulayıb ki, Azərbaycanda müxtəlif dil, din və mədəniyyətlərin yaşadılması, qorunması, eləcə də sərbəst inkişafı üçün əlverişli şərait yaradılıb: "Qarşılıqlı hörmət, tolerantlıq və birgəyaşayış prinsipləri cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi, ölkəmizdə dinlər və məzhəblər arasındakı qarşılıqlı anlaşma mühitinin alternativi yoxdur".
Y.Yusibov dini, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ibadətgahların dövlət tərəfindən qorunduğunu və bərpa edildiyini diqqətə çatdırıb. O, Bakıda yerləşən erməni kilsəsinin qorunub saxlanılmasını və burada erməni dilində 5 mindən çox kitabın mühafizə edilməsini ölkədə hökm sürən tolerantlıq mühitinin bariz nümunəsi kimi dəyərləndirib. O, həmçinin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəyliyin milli birlik, dövlətçilik və vətənpərvərlik ruhunun gücünü bir daha təsdiqlədiyini qeyd edib.
Tədbirdə çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov tarixi və mədəni irsin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O xatırladıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu siyasət çərçivəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin və irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm layihələr reallaşdırılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycanın dövlət bayrağının üç rənginin xalqın milli kimliyini, dövlətçilik iradəsini və mənəvi dünyasını əks etdirdiyini bildirib. R.Məmmədov vurğulayıb ki, bayraqdakı mavi rəng milli kimliyi, tarixi yaddaşı, azərbaycançılıq ideologiyasını, qırmızı rəng müasirliyi, elmi-intellektual inkişafı, yaşıl rəng isə mənəvi irsi, tolerantlıq və humanizm ənənələrini təcəssüm etdirir.
Komitə sədri Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasında milli-mənəvi dəyərlərin qorunmasının xüsusi yer tutduğunu, bu gün isə həmin xəttin Prezident İlham Əliyev tərəfindən dövlət quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi ilə vəhdət halında davam etdirildiyini qeyd edib. R.Məmmədov əlavə edib ki, müasir dövrdə milli köklərə bağlılığın elmi tərəqqi ilə uzlaşdırılması əsas şərtdir. O, "Mənəvi dəyərlər" həftəsinin gənclərdə vətəndaş məsuliyyətinin və mədəni müxtəlifliyə hörmətin gücləndirilməsinə, eləcə də bu zəngin irsin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Gəncənin Azərbaycanın mənəvi həyatındakı müstəsna rolundan bəhs edib. "Mənəvi dəyərlər həftəsi" layihəsinin əsas məqsədinə toxunan A.Şirinov bildirib ki, bu cür tədbirlər gənclərin bir-birini yaxından tanımasına, ölkənin zəngin tarixi məkanlarını kəşf etməsinə və milli-mənəvi dəyərlərə sahib çıxmasına xidmət edir. Rektor əlavə edib ki, rəqəmsallaşan və qloballaşan müasir dünyada birtipli mədəniyyət axınlarına qarşı durmağın yeganə yolu milli-mənəvi dəyərlərə sahib çıxmaqdır və Azərbaycan xalqı hər zaman bu zəngin irsi qoruyur.
Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam etdirilib.
Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gəncə Dövlət Universiteti (GDU), komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə "Mənəvi dəyərlər" həftəsi keçirilir.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, layihənin məqsədi dini-ideoloji sahədə təhsil alan gənclərin dünyəvi düşüncə tərzini, Azərbaycançılıq məfkurəsinə, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə bağlılığını, eləcə də milli kimlik şüurunu gücləndirməkdir.
Proqram çərçivəsində GDU-da "Mənəvi dəyərlər" günü təşkil olunub. Müvafiq dövlət qurumlarının nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbər və pedaqoji heyətinin, eləcə də tələbələrin qatıldığı tədbirdə universitetin və Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri mövzuya dair mühazirələrlə çıxış edirlər.
Həftə ərzində Gəncənin zəngin tarixi və dini-mədəni irsinin tanıdılması məqsədilə şəhərdəki tarixi abidələrə və dini məkanlara ekskursiyaların təşkili də nəzərdə tutulub.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib













