AFP: Yəmən qüvvələri və husilər arasındakı döyüşlərdə 50-yə yaxın şəxs həlak olub
Ötən sutka ərzində Yəmənin hökumət qüvvələri və husilər arasında baş verən toqquşmalar zamanı azı 48 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.
Hökumət qüvvələrindəki mənbələrin məlumatına görə, toqquşmalarda 17 hərbi qulluqçu həlak olub. "Ənsar Allah" hərəkatı isə, öz növbəsində, 31 döyüşçünün həlak olduğunu bildirib.
Qeyd olunub ki, əsas döyüşlər Yəmənin cənubunda baş verib. Agentliyin məlumatına görə, hökumət qoşunları əvvəllər husilər tərəfindən ələ keçirilmiş ərazilərin yarısı üzərində nəzarəti geri qaytara bilib.
Daha əvvəl husilərin Yəmənin bütün qərb sahilini nəzarətə götürərək strateji əhəmiyyətli Bab-əl-Məndəb boğazı üzərindəki nəzarəti genişləndirdiyinə dair məlumat yayılmışdı.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib













